Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi müzakirəyə çıxarilib
Bu gün Milli Məclisdə "Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanun layihəsi müzakirəyə çıxarilib. SİA-nın məlumatına görə, iclasda aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı koorperativlərinin və onlarin ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Onun fikrincə, layihə kooperasiya prosesində yaranan münasibətləri tənzimləyir.
Daha sonra çıxış edən iqtisadçi millət vəkili Əli Məsimli deyib ki, qanunun qəbul edilməsilə Azərbaycanda aqrar islahatların yeni mərhələsinə keçilməsinə nail olunacaq: "Kooperativlər kəndlilərin gəlirlərinin artırılmasına, az əmək sərf etməklə çox gəlir əldə edilməsinə, kəndlilərin işlərinin səmərəliliyinin artırılmasına və digər bu kimi nailiyyətlərə imza atacaq". O, təklif edib ki, kooperativlərin köhnə kolxoz sistemi ilə qarışdırılmaması üçün parlamentdən və müvafiq icra qurumlarından bir qrup nümayəndə bu sahədə təcrübəsi olan qərb ölkələrinə səfər etsinlər.
Kənd təsərrüfatının inkişafinda yeni istiqamətlərin tələb olunduğunu deyən deputat Fəzail Ağamali da layihənin təsdiqinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, qanun layihəsi birinci oxunuşdan sonra yerlərdə ictimaiyyətin müzakirəsinə verilsə, daha məntiqli olar.
Millət vəkili Siyavuş Novruzov da qanunun ictimaiyyətin müzakirəsinə verilməsinin tərəfdarı olub. O qeyd edib ki, bu qanun son zamanlar ən çox lazım olan qanun layihələrindəndir: "Vaxtilə ulu öndər Heydər Əliyev torpaqları kəndlilərə paylayarkən o vaxt bunun hələ birinci mərhələ olduğunu bildirmişdi. Kooperativlərin yaradılması da məhz bu siyasətin davamıdır". Qanunun heç bir əlavə dəyişiklərə ehtiyacı olmadığını deyən S.Novruzov bunun üçün şəxsən aqrar siyasət komitəsinin sədri E. İbrahimova minnətdar olduğunu deyib.
Sonda qanun birinci oxunuşda qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB