Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşması prosesində nikbin görünür "Oxford Economics" Agentliyi

Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşması prosesində nikbin görünür "Oxford Economics" Agentliyi

İngiltərənin "Oxford Economics" Analitik gentliyinin mütəxəssislərinin fikrincə, Mozambik, Əlcəzair, Bəhreyn və Oman neftin ucuzlaşmasına ən pis hazırlaşan ölkələrdir. SİA bu barədə "Oxford Economics" Agentliyinə istinadən xəbər verir.

Təhlilçilərin qiymətləndirməsinə görə, əsas gəlir mənbəyi neft ixracı olan ölkələr 2020-ci ildə ciddi büdcə kəsiri ilə üzləşəcəklər.

Əgər neftin dünya bazarında qiyməti bir barelə görə 30 dollar həcmində saxlanılarsa, o zaman 2019-cu ildə büdcə kəsiri olan ölkələr çox ciddi zərbə alacaqlar.

Məlumata görə, Bruney, Əlcəzair, Bəhreyn, Boliviya, Qana və Omanda büdcə kəsiri yüksək olub. Norveç, Küveyt, Konqo və Qətərin büdcəsində isə əksinə artıqlıqlar var.

Əlcəzair, Bəhreyn və Oman həm də yüksək dövlət borcu və ticarət kəsirinə sahibdir. Mozambik, Anqola və Boliviya kimi kiçik ölkələr də neftin ucuzlaşması prosesinə heç də yaxşı hazırlaşmayıblar.

İqtisadçıların fikrincə, Azərbaycan iqtisadiyyatı neftin dünya bazarında ucuzlaşması prosesində nikbin görünür: “Rusiya, Çili, BƏƏ, Küveyt, Meksika, Azərbaycan, Qazaxıstan, İndoneziya kimi ölkələrin iqtisadiyyatı baş verən proseslər fonunda daha nikbin görünür".

Ekspertlər qeyd edirlər ki, adı çəkilən ölkələr neftin qiymətinin yüksək olduğu dövrdə məqbul ehtiyatlar yaratmağa müvəffəq olublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə