"Banklarda kifayət qədər xarici valyuta var" Komitə sədri

"Banklarda kifayət qədər xarici valyuta var" Komitə sədri

“Yalnız son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, hazırki neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Əhalinin heç bir təlaşa düşməməsini tövsiyə edən komitə sədri söyləyib ki, bu gün Azərbaycanın banklarında kifayət qədər xarici valyuta var: “Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdənq orumağa imkan verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə