Neft hasilatını azaltmaq üçün OPEC + sazişi öz effektivliyini göstərdi. SİA-nın xəbərinə görə, bu barədə açıqlama verən Qazaxıstanın energetika naziri Nurlan Noqayev martın 18-də texniki komissiyanın iclasının keçiriləcəyini bildirib.
"Neft hasilatını azaltmaqla bağlı OPEC sazişi təsirli oldu. Saziş martın 31-dək qüvvədədir. Lakin martın 18-də texniki komissiyanın iclası keçiriləcək və orada daha çox məsələlər müzakirə ediləcək”,- deyə Noqayev jurnalistlərə açıqlayıb.
O qeyd edib ki, razılaşma həmişə faydalı olub: “OPEC və OPEC + üzvləri tərəfindən növbəti addımın nə olacağını zaman göstərəcək”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB