TAP boru kəmərinin tikintisi üzrə işlərin 91 faizi yekunlaşıb Eksklüziv

TAP boru kəmərinin tikintisi üzrə işlərin 91 faizi yekunlaşıb Eksklüziv

“Şahdəniz 2” layihəsi üzrə ilk qazın hasilatı üzrə ümumi işlər 100 faiz, avadanlıqlar və qurğular üzrə görüləcək işlər 94 faiz yerinə yetirilib. “Şahdəniz-2” layihəsi çərçivəsində 30 iyun 2018-ci il tarixindən Türkiyəyə ilk qaz həcminin nəqlinə başlanılıb. Bu barədə SİA-ya Azərbaycan Respublikası Energetika Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə tikinti işləri 100 faiz tamamlanıb. Ümumi inkişaf 100%-dir. Layihə üzrə yekunlaşdırma işləri davam edir. 2019-cu ildə nəql həcmi 16,1mlrd. m3 olub.

TANAP qaz boru kəmərinin inşası üzrə işlərin 100 faizi tamamlanıb. 2019-cu ildə 2,8 mlrd. m³ qaz nəql edilib.

TAP qaz boru kəmərinin tikintisi üzrə işlərin 91 faizi yerinə yetirilib. Yunanıstan üzrə boru kəmərinin 551,5 km-lik hissəsində qaynaq işləri aparılmış və 551,5 km-lik hissədə borular xəndəyə endirilmişdir. Albaniyada boru kəmərinin 215.3 km-lik hissəsində qaynaq işləri aparılmış və 215,9 km-lik hissədə borular xəndəyə endirilmişdir. Adriatik dənizi üzrə dənizdə görülən işlər 56,3% tamamlanıb. İtaliyada boru kəmərinin 4,6 km-lik hissəsində qaynaq işləri aparılmış və 4,3 km-lik hissədə borular xəndəyə endirilmişdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə