"DMX tərəfindən özünəməşğulluq layihələri müvəffəqiyyətlə həyata keçirilir" - RƏY

"DMX tərəfindən özünəməşğulluq layihələri müvəffəqiyyətlə həyata keçirilir" - RƏY

"Aqrar təsərrüfat layihələri vətəndaşlarımızın sosial sifahını yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən layihələrdir". SİA-nın məlumatına görə, bunu açıqlamasında Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərova deyib.

F.Ələkbərova bildirib ki, həyata keçirilən AFAQ layihəsi də xanımların özünəməşğulluğunun inkişaf etdirilməsinə dəstəkdir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən də özünəməşğulluq layihələri müvəffəqiyyətlə həyata keçirilir. Bu il artıq bu layihəyə 10 min nəfər cəlb olunub. Bu layihənin 4 min nəfərdən çox hissəsini xanımlar təşkil edir. Onlardan müəyyən bir qismi aktivlərlə təmin olunub və onlar artıq ev təsərrüfatlarına başlayıblar".

F.Ələkbərova qeyd edib ki, xanımların əksəriyyəti istehsal etdikləri məhsulların satışını da həyata keçirirlər. Bununla bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, həm də dövlətimiz onların satışlarının həyata keçirilməsinə və həmçinin məhsulların alınmasına köməklik göstərir. O cümlədən AFAQ layihəsi də xanımlarımızın məşğulluqlarının artırılması, onların kiçik ev təsərrüfatlarının gələcəkdə genişləndirilməsinə dəstək olacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də AFAQ layihəsinin həyata keçirilməsində sosial tərəfdaşdır. Həmçinin müraciət edən xanımların məşğulluq imkanlarının artırılması kimi məsələlərdə dəstək göstərəcəkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə