Məqsəd ölkədə qadın aqrar sahibkarların sayını artırmaqdır - AÇIQLAMA
"Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Aqrar Tədarük və Təchizat təşkilatı FAO təşkilatı ilə birgə ötən il Aqrar Fəaliyyəti olan Azərbaycan Qadınları (AFAQ) layihəsinə start verib". SİA-mın məlumatlna görə, bunu açıqlamasında Aqrar Tədarük və Təchizat təşkilatı idarə heyyətinin sədri Leyla Məmmədova deyib.
L.Məmmədova bildirib ki, layihənin əsas məqsədi ölkədə qadın aqrar sahibkarların sayını daha da artırmaqdır: "Bunun üçün 2021-ci ilin sonuna qədər 200-ə yaxın azərbaycanlı xanım kənd təsərrüfatı sektorunda aqrar sahibkar kimi fəaliyyətlərini inkişaf etdirmək üçün müəyyən texniki avadanlıqlarla təmin ediləcəklər. Bununla bağlı ötən ildən etibarən Aqrar Tədarük və Təchizat və FAO təşkilatının əməkdaşları birlikdə bölgələrdə səfərlərdə olublar. Bu səfərlər zamanı 500-dən çox xanımla görüşlər keçirilib. Görüşlər nəticəsində topladıqları müraciətlər əsasında müəyyən qrup xanımların sahələri dəyərləndirilib. Bu dəyərləndirilmələrin məqsədi xanımların ən çox hansı sahədə məhsul istehsalına ehtiyacları olduğu və bunun üçün hansı vəsaitlər lazım olduğunu araşdırmaqdan ibarət olub".
L.Məmmədova vurğulayıb ki, bugünkü tədbirin əsas məqsədi isə bu layihənin uğurlu şəkildə icrası üçün maraqlı olan bütün tərəflərin fikrini almaq və daha sonrakı mərhələləri müzakirə etməkdən ibarətdir: "Ümumilikdə Aqrar Fəaliyyəti olan Azərbaycan Qadınları (AFAQ) layihəsi ilə bağlı mütəmadi olaraq görüşlər keçiriləcək və biz bütün fikirləri və təklifləri dinləmək istəyirik. Xanımlar nəyinki bu görüşlər zamanı, hər zaman Aqrar Tədarük və Təchizata müraciət edə bilərlər. Bizim təşkilatın məlumat mərkəzi, həm də sosial şəbəkələr vaistəsilə xanımlarımız və bu layihəyə dəstək göstərmək istəyən bəylərimiz öz təkliflərini göndərə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB