Dolların yaxın 3 ildəki göstəriciləri STATİSTİKA

Dolların yaxın 3 ildəki göstəriciləri STATİSTİKA

2020-ci il üzrə cari əməliyyatlar balansında 1,7 milyard ABŞ dolları və ya Ümumi Daxili Məhsulun 2,1 faizi səviyyəsində profisit (büdcə artıqlığı) proqnozlaşdırılır. Bunun da maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcəyi gözlənilir. Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisitin hesabına formalaşacaqdır. Bununla belə xidmətlər balansındakı kəsirin 2019-cu ildən etibarən azalması cari əməliyyatlar balansındakı profisitə artırıcı təsir göstərəcəkdir.

Maliyyə Nazirliyinin rəsmi saytına əsaslanan qrafik: 2020-2023-cü illərdə cari əməliyyatlar hesabı (mln. ABŞ dolları)

Cari ilin ilk yarısında xarici ticarət dövriyyəsi 16,9 milyard ABŞ dolları olmuşdur ki, bunun da 7 milyard ABŞ dolları idxal əməliyyatlarının, 9,9 milyard ABŞ dolları isə ixrac əməliyyatlarının payına düşmüşdür. Nəticədə xarici ticarət hesabında 2,9 milyard ABŞ dolları həcmində müsbət saldo (gəlir və xərclər arasındakı fərq) yaranmışdır. Proqnozlara əsasən ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı gözlənilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə