Brent markalı neftin qiyməti artıb
Martın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,15 dollar və ya 0,1 faiz azalaraq 1 barelə görə 105,75 dollar təşkil edib. SİA-nın xəbərinə görə, martın 24-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar artaraq 115,72 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə