Avro dollar qarşısında bahalaşacaq

2020-ci ildə avro ABŞ dolları qarşısında 4%-dən çox bahalaşacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Bloomberg” agentliyinin analitikləri bu qənaətə gəlib.

Onların fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin səngiməsi qlobal maliyyə bazarlarında avroya inamı və tələbatı artırıb. Elə bu da bahalaşma üçün əsas səbəb, vacib amil hesab olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə