Azərbaycanın 45-ci yerdə qərarlaşması təsadüfi deyil - ÖZƏL AÇIQLAMA
“Davos İqtisadi Forumu Azərbaycanın 25-ci yerdə qərarlaşması ilə əlaqədar öz rəyini bildirib”. Bunu SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, digər tərəfdən Azərbaycan dünya bankının təhlillərinə əsasən ən islahatçı 20 ölkə arasına daxil olub: “İnkluzivliyə görə, dünyada inkişaf etmiş ölkələr arasında 3-cü yerdədir. Hər il Azərbaycanla bağlı bu kimi təhlillər yenilənir. Azərbaycan inamlı şəkildə bütün indekslər üzrə öz nəaliyyətlərini daha da yüksəldir. Bu gün ölkəmizin Amerikanın “U.S News&World Report” jurnalında dünyanın ən güclü ölkələri sırasında Avropanın bir çox ölkələrini geridə qoyaraq, 45-ci yerdə qərarlaşması təsadüfi deyil. Ölkədə həm iqtisadi, sosial, kadr, həmçinin bütövlükdə aparılan kompleks islahatların aparılması iqtisadiyyatın dinamik inkişafını təmin etmiş olur. Ölkədə stabilliyin göstərcisi olduğunu bir daha təsdiq etmiş olur”.
A.Hüseynov vurğulayıb ki, bu kimi koteqoriyalar baxımından əlbəttə Azərbaycanın 45-ci yerdə qərarlaşması məntiqidir və digər tərəfdən ölkə rəhbərinin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunmasıdır: “Ölkə rəhbəri prezident İlham Əliyevin 2019-cu ilin yanvar ayından başlayaraq böyük bir sosial zərfin həlli istiqamətindəki addımları çox mühimdir və bu da vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət edir. Digər tərəfdən Azərbaycan iqtisadi cəhətdən böyük logistik mərkəzə çevrilib. Nəqliyyat qovşaqlarının Azərbaycandan keçməsi, Bir kəmər bir yol ideyasının reallaşmasında Azərbaycanın roluböyükdür. Digər tərəfdən enerji layihələri, TANAP və TAP yekunlaşır və 2020-ci ildən Azərbaycanın mavi yanacağı Avropaya çatdırılacaq. Bu kimi nəaliyyətlərimiz bir daha onu göstərir ki, doğrudan da ölkəmizdə böyük iqtisadi dinamiklik, artım, siyasi stabillik var. Bütün bunların nəticəsində də ölkəmiz dünya dövlətləri arasında fərqlənir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB