AMEA Lənkəran REM-də 31 növ sitrus bitkisi üzərində elmi-tədqiqat işləri aparılır

“Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur”. AMEA Lənkəran Regonal Elmi Mərkəzində çay və sitrus bitkiləri üzərində də elmi-tədqiqat işləri davam etdirilir. SİA-nın məlumatına görə, son illərdə bu sahədə bir sıra uğurlara imza atan Mərkəzin kollektivi ənənəvi sitrus sortları ilə yanaşı region üçün yeni olan sitrus meyvələrinin də yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sitrus sortlarının yaradılması ilə bağlı tədqiqat işləri aparır.

Mərkəzin direktoru, aqrar elmlər doktoru professor Fərman Quliyevin sözlərinə görə, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nda sitrusçuluğun elmi əsaslar üzərində inkişafı məqsədilə müəyyən edilən vəzifələri yerinə yetirmək üçün müştərək müqaviləyə əsasən onun elmi rəhbərliyi altında Azərbaycan KT Nazirliyinin Meyvəçilik və Çayçılıq ETİ-nin Lənkəran çay filialının bazasında “Sitrus kolleksiya bağı” salınıb. Burada Yaponiya, İİR, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən müxtəlif növ sitrus bitkisi, o cümlədən 12 növ limon, 7 narıngi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort-formaları üzərində elmi-tədqiqat işləri aparılır. Bu müddət ərzində aparılan elmi-tədqqiqat işləri öz bəhrəsini verməkdədir. Belə ki, yeni yaradılan 2 yeni - “Lənkəran meyeri” limon və “Karlik tezyetişən” naringi sortu

2019-cu ildə “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti” tərəfindən qəbul edilib. Hər iki sortun dövlət sort sınağından uğurla keçəcəyi gözlənilir. Bundan əlavə öz müalicəvi xüsusiyyətləri ilə fərqlənən və bölgəmiz üçün yeni olan quayava tropik-subtropik butkisi ilə bağlı bir sıra uğurlu nəticələr əldə edilib. İran İslam Respublikasından gətirilən quayava bitkisinin introduksiya olunması, həm otaq, həm də açıq sahə şəraitində yetişdirilməsi və artırılması ilə bağlı aparılan təcrübə işlərinin nəticələri sevindiricidir. Gələcəkdə bu bitkinin Dövlət sort sınağına təqdim edilməsi nəzərdə tutulur.

Əlavə edək ki, hazırda Lənkəran REM-nin foyesində 2019-cu ildə Dövlət Reyestrinə salınmış çay sortlarından alınan quru çay və tədqiqat obyekti olan sitrus bitkilərinin məhsullarından ibarət sərgi yaradılıb. Sərgidə 4 növ quru çay məhsulu və 21 növ müxtəlif növ sitrus meyvəsi nümayiş etdirilir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...