Rusiyanın şəhərlərində “Azərbaycan nemətləri” mağazaları açılacaq
Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, Rusiya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir Ş.Mustafayev qeyd edib ki, Rusiyanın Moskva şəhərində 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB