“VISION Academy” “Maliyyəçi ilə Səhər yeməyi” təşkil edir

Həftəsonunu səmərəli dəyərləndirərək həm də faydalı biliklər və yeni dostlar qazanmaq üçün əla fürsət olan “Maliyyəçi ilə Səhər yeməyi” bu sahədə biliklərini artırmaq istəyən şəxslər üçün çox əhəmiyyətlidir. “VISION Academy”-nin “Maliyyəçi ilə Səhər yeməyi”ni təşkil etməyində əsas məqsədi maliyyə və mühasibatlıq sahəsində çalışan, karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçün maliyyə sahəsinin peşəkar biliciləri ilə birlikdə bu sahənin aktual məsələlərini müzakirə etmək imkanı yaratmaqdır.

Ənənəvi olaraq təşkil olunan səhər yeməyinin bu dəfəki mövzusu beynəlxalq maliyyə kvalifikasiyaları, imtahanlara hazırlıq prosesi, ACCA və CFA kvalifikasiyalarının əhəmiyyəti barədə olacaq. Öz sahəsində yüksək təcrübəyə və biliyə malik maliyyəçilər tərəfindən müxtəlif mövzularda çıxışlar planlaşdırılır. Belə ki, "VISION Academy”nin “Maliyyəçi ilə Səhər yeməyi” zamanı Elnur Bədəlov "CFA-in ümumi karyerada rolu", Tural Qəhrəmanzadə "CFA haqqında məlumat", Nurlan Cəbrayılov "50 min dollarım olsaydı hara investisiya edərdim?", Toğrul İslam "ACCA Financial Accounting - Azərbaycanda", Fəqan Məmmədzadə "ACCA ilə uğurlu karyeram" mövzularında təcrübələrini bölüşəcəklər.

"VISION Academy”-nin “Maliyyəçi ilə Səhər yeməyi” 15.06.2019 –cu il tarixində “Atmosphere Lounge” da 10:00-13:00 qədər olacaq. “Maliyyəçi ilə Səhər yeməyi”-nin ödənişi 15 AZN-dir. Bu sahədə maraqlı olan hər bir insan "Maliyyəçi ilə Səhər yeməyi”-inə dəvətlidir. Qeydiyyat linki: bit.ly/maliyyeciileseheryemeyi

Məlumat üçün qeyd edək ki, ACCA Silver Learning Partner (Gümüş statuslu Təhsil Partnyoru) statusuna malik VISION Academy təlim və tədris sektorunda 10 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir.

Fəaliyyət dövrü ərzində on minlərlə gəncin təhsil və karyera həyatında uğur qazanmasına qapı açmışdır. Beynəlxalq maliyyə və mühasibatlıq kvalifikasiyalarının ölkəmizdə etibarlı təmsilçisi Vision Academy beynəlxalq sertifikatlı peşəkar təcrübəyə malik təlimçilərlə ACCA, CFA, CIMA, DipIFR, CIA imtahanlarına hazırlıq kursları təşkil edir. “UĞURLU GƏLƏCƏYİN ÜNVANI” şüarı ilə təlim sektorunda inamla fəaliyyət göstərən VISION Academy biznes mühitinin sağlam inkişafı, peşəkar idarəçilərin yetişməsi və mütəxəssislərin daha effektiv işləməsi məqsədilə maliyyə və mühasibatlıq təlimləri ilə yanaşı biznes, liderlik və işgüzar inkişaf təlimlərinin təşkilində öncül rol oynayır. Mərkəz İnsan Resurslarının İdarəolunması, Effektiv Rəhbərlik, Layihələrin idarəolunması, Satış, Marketinq, Digital Marketing, PR, SƏTƏM və başqa təlim və kurslar təklif edir. VISION Academy nəzəri bilikləri praktiki vərdişlərə çevirmiş və uzunmüddətli təcrübəyə malik təlimçilərlə əməkdaşlıq edərək yuxarıda adı çəkilən sahələrdə çalışan, gələcəyini bu sahələrdən birini seçməklə karyera qurmaq arzusunda olanlara xidmət göstərməyi qarşısına məqsəd qoyur.

Təlimlərlə bağlı daha geniş məlumat əldə etmək istəyənlər aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərlər: Ünvan: Zahid Xəlilov 25/A Telefon: +994708943232 (WhatsApp aktivdir) Email: training@visionacademy.az

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə