Ölkə iqtisadiyyatına 260 milyard dollar investisiya yatırılıb

Ölkə iqtisadiyyatına 260 milyard dollar investisiya yatırılıb

Son illərdə qəbul edilən qərarlar strateji xarakter daşıyır və sahibkarlığın inkişafında köklü dəyişikliklərlə xarakterizə olunan yeni dövrün başlanğıcı hesab edilir. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunan tədbirdə deyib.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, 2004-2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft 2,8 dəfə, sənaye 2,6 dəfə, qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artıb:
“Azərbaycan hazırda dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. Ölkə iqtisadiyyatına 260 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. İnvestisiyanın 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. İki milyondan çox yeni iş yeri yaradılıb. 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsulda payı 85 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb”.

Nazir həmçinin qeyd edib ki, gömrük prosedurlarının daha da sadələşdirilməsi, şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli işgüzar mühitin yaradılması və xarici ticarət əməliyyatlarının stimullaşdırılması məqsədilə elektron bəyanetmə və “Yaşıl Dəhliz” sistemlərinin tətbiqinə başlanılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə