İlham Şaban: “Əhalinin banklardakı əmanətlərini saxlayarkən xarici valyutaya üstünlük vermələrinin səbəbi yerli valyutaya olan inamsızlıqdan irəli gəlir”
Əhalinin banklardakı əmanətlərini saxlayarkən xarici valyutaya üstünlük vermələrinin səbəbi yerli valyutaya olan inamsızlıqdan irəli gəlir. Bunu SİA-ya açıqlamsında iqtisadçı-ekspert İlham Şaban deyib. Onun sözlərinə görə, manat çoxdan oturuşan valyutadır və bütün ölkə daxilindəki əməliyyatlarda faktiki olaraq əvvəlki illərə nisbətən daha çox istifadə olunur. Bütün bunlara baxmayaraq xarici valyutanın istifadəsinin bir sıra subyektiv amilləri mövcuddur: "Azərbaycanda yeni tikilən evlərin və avtomobillərin alqı-satqısı hələ də xarici valyuta ilə həyata keçirilir. Buna da əsas səbəb avtomobillərin xaricidən gətirilməsi ilə bağlıdır. İkinicisi isə evlərin çoxu tikiləndə o vaxt bütün qiymətlər dollarla öz həllini tapırdı. İnsanlar mexaniki olaraq beynində geri düşməsin deyə yenə də dolları gündəmə gətirir".
Ekspert deyir ki, ancaq reallığa baxanda Azərbaycan manatı qiymətdən düşmür: "Bəli bu faktı ixrac əməliyyatları ilə məşğul olan xarici şirkətlər də təsdiqləyir. Eyni zamanda milli valyutanın güclənməsinə təsir edən amillərdən biridə neftdən gələn gəlirlərdir. Həmçinin Mərkəzi Bankın sədri də deyib ki, milli valyutanın bu ildə gücləndirilməsi gündəmdədir".
Qeyd edək ki, əhalinin banklardakı əmanətləri 2009-cu ilin on bir ayının göstəriciləri ilə müqayisədə 27,4 faiz artaraq 2,9 milyard manata çatıb. Əmanətlərin 1297,4 milyon manatını və ya 45,2 faizini milli valyuta, 1571,0 milyon manatını isə xarici valyuta təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB