BƏƏ-nin layihələrdə iştirakı müzakirə edilib

BƏƏ-nin layihələrdə iştirakı müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft-qaz şirkətlərinin Azərbaycandakı layihələrdə iştirakı müzakirə olunub.
SİA xəbər verir ki, şirkətin prezidenti Rövnəq Abdullayev aprelin 7-də Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşüb.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi, BƏƏ-nin neft-qaz şirkətlərinin və Mubadala investisiya şirkətinin ölkəmizdə həyata keçirilən layihələrdə potensial iştirakı məsələləri müzakirə edilib.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də neft sənayesinin hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə