Bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Rusiyanın “Qazprombank” SC-nin (QPB) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: “Qazprombank” SC-nin imkanları” mövzusunda biznes-seminar işə başlayıb. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.
Nazir Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, iki ölkənin Hökumətlərarası Komissiyanın iclaslarının bu əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 mlrd. ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox investisiya yatırıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 20% artaraq 2,55 mlrd. dollara çatıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı çıxış edərkən deyib ki, Rusiyanın "Qazprombank"ı Azərbaycan bazarı üçün strateji bankdır.
Onun sözlərinə görə, bankla əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlər var: "QPB Azərbaycanda layihələrin maliyyələşdirilməsi baxımından geniş və uğurlu təcrübəyə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB