Azərbaycanda yeni gömrük idxal rüsumunun tətbiqinə Martın 8-dən etibarən başlanıb.
SİA xəbər verir ki, sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün Azərbaycanda yeni idxal gömrük rüsumları qüvvəyə minib.
Nazirlər Kabinetinin "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə qərarına əsasən, bu gündən həmçinin məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.
Xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş, sıxılmış qazla hərəkətə gətirilən, avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq.
Sıxılmış qazla hərəkətə gətirilən, sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB