TAP təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrin inkişafını təmin edəcək

TAP təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrin inkişafını təmin edəcək

ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldininin başçılıq etdiyi nümayəndə heyəti ilə Energetika Nazirliyində görüş keçirilib.

SİA xəbər verir ki, energetika naziri Pərviz Şahbazov TAP layihəsinin icra vəziyyətinin qənaətbəxş səviyyədə olduğu və bu kəmərin reallaşmasında İtaliya hökumətinin mövqeyi yüksək qiymətləndirilib.
TAP kəmərini Paolo Qrimoldini hər iki ölkənin maraqlarına cavab verən layihə kimi qiymətləndirib. Onun sözlərinə görə, TAP təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrin inkişafını təmin edəcək.
"İtaliya Azərbaycanda enerji və texnologiya sahələrinə investisiya yatırmaqda, bu istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır", - deyə o əlavə edib.
Söhbət zamanı İtaliya şirkətlərinin digər sahələrdə də fəaliyyətinə toxunulub, Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə