Analitiklər cari ildə qızılın qiymətinin 16 faiz artacağını proqnozlaşdırırlar
Analitiklərin fikrincə, qızılın bir unsiyası 2011-ci ildə 16 faiz artaraq 1600 dollar ola bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qızılın qiymətinin bahalaşması ona olan tələbatı artıracaq ki, bu da bir çox ölkələrdə borc problemi yaradacaq. Ötən ilin nəticələrinə görə, dünyada qızıla olan təlabat 0.5 fazi artaraq 4.306 min ton olub. Eyni zamanda Qərb ölkələrinin marağının azalmasına nəticəsində investrların qızıla olan təlabatı 15 faiz və ya 1.616 min ton aşağı düşüb.
Analitiklər bildiriblər ki, cari ilin ilk yarım ilində 2010-cu ilin həmin dövrünə nisbətən qızıl investisiyası 15 faiz artacaq.
Eyni zamanda analitiklərin proqnozlarına görə, ilk 6 ay ərzində zərgərlərin qızıla olan tələbatı 7 faiz aşağı düşəcək ki, bu da unsiyaya görə qızılın qiymətinin 1400 dollar olacağından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB