"Qanun pozuntusuna yol verən əməkdaşlara qarşı sərt tədbirlər görüləcək"

"Qanun pozuntusuna yol verən əməkdaşlara qarşı sərt tədbirlər görüləcək"

Bu il də qanun pozuntusu ilə məşğul olan gömrükçülərə qarşı sərt tədbirlər həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, ötən il bəzi korrupsiya halları aşkarlanaraq bir neçə gömrük əməkdaşı vəzifələrindən azad edilib, barələrində cinayət işi açılıb: “Gömrükçülər daim peşələrinə sadiq qalmalı, öz fəaliyyətlərini gömrük qanunları çərçivəsində aparmalıdır. Həmçinin sahibkarlar da gömrük əməkdaşlarını korrupsiya hadisələri törətməyə sövq etməməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə