Xarici Ticarət İştirakçılarının forumu keçirilib TƏDBİR

Xarici Ticarət İştirakçılarının forumu keçirilib TƏDBİR

Bu gün, 21 dekabr tarixində Xarici Ticarət İştirakçılarının forumu keçirilib. SİA xəbər verir ki, forum "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı keçirilib.

Forumda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Agentliyinin sədri Qoşqar Təhməzli iştirak edib.

İlk öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev salamlama nitqi ilə çıxış edib. Komitə sədri ilk növbədə foruma toplaşanlara təşəkkürünü bildirib və öz nitqinin sonunda forum iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev ölkənin idxal-ixrac sistemində islahatlar, innovasiyaların tətbiqi sahəsində görülən işlər və Yaşıl Dəhliz buraxılış sistemləri, sürətli keçidin təminatı barədə forum iştirakçılarına geniş məlumat verib.

Kənd təsərrüfatı naziri İnam Kərimov isə söyləyib ki, Yeni qaydalar xarici ticarətin iştirakçılarına, o cümlədən fermerlərə “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verir və bu qaydalar xarici bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini də artıracaq. Nazir qeyd edib ki, Sürətli keçid imkanlarının verilməsi nəticəsində ticarət asanlaşacaq, xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək və nəticədə fermerlər daha çox gəlir əldə edəcək, onların sosial rifah halı daha da yaxşılaşacaq.

Sonda “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemi”nin tətbiqi ilə bağlı gömrük-biznes əməkdaşlığı üzrə müzakirələr aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə