Bu gün yeni poçt şöbələri istifadəyə veriləcək

Bu gün yeni poçt şöbələri istifadəyə veriləcək
Bu gün və sabah Respublikanın Lerik (Veri və Züvüc kəndləri) və Gədəbəy (Dəyirmandağ və Qaramurad kəndləri) rayonlarında poçt şöbələri üçün yeni binalar istifadəyə veriləcək. SİA-nın verdiyi xəbərə görə, bundan əlavə dekabrın 28-də və 29-da Azərpoçt tərəfindən Ağdaş rayonunun Yuxarı Ləki, Ağsu rayonun Padar, eləcə də Yevlax rayonunun Xaldan və Tanrıqullar kəndlərində poçt şöbələri üçün yeni binaların açılışı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC ilin sonuna kimi regionlarda bir sıra yeni tikilmiş poçt şöbəsi binalarının istifadəyə verilməsini planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə