Cari ilin 10 ayı ərzində Azərbaycanda İKT və poçt sektorunun ümumi gəliri 35.1 faiz artıb
Cari ilin on ayı ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və poçt sahəsinin ümumi gəlirləri 1042,8 milyon manat təşkil edib. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin hesablamalarına görə, ötən ilin həmin dövründə əldə olunan 933,7 milyon manatlıq göstərici ilə müqayisədə İKT və poçt sektorunun gəlirləri 35,1 faiz artıb. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İKT sektoruna gəldikdə isə respublikanın telekommunikasiya sahəsi 31,1 faiz artaraq 982,9 milyon manat təşkil edib. Bunlardan 697,9 milyon manatı mobil sektorun payına düşür.
İnformasiya texnologiyaları sektorunda daha da böyük artım qeydə alınıb. Belə ki, Azərbaycanın İT-sektorunda xidmət həcmi 2,2 dəfə artaraq 41,9 milyon manat olub. Ölkənin poçt sektoru 23,8 faiz, başqa sözlə 18 milyon manatadək artım müşahidə olunub.
Qeyd etmək lazımdır ki, İKT və poçt sektorunun ÜDM-də payı 1,9 faiz təşkil edir. Qeyri-neft ÜDM-də İKT və poçt sektorunun ümumi payı isə 4,5 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB