"Neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq"
"Yeni büdcə qaydamız neftdən asılılığı azaldılmasına yönəlib. Yəni neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu ikinci zərbə kimi endirilmiş olacaq". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında bücə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.
O bildirib ki, yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq: "İqtisadi siyasətimizi həyata keçirməkdə diqqətli olmalıyıq. Dövlət Neft Fondundan büdcəyə transfert eyni zamanda tədiyyə balansının, valyuta bazarının tənzimlənməsində böyük rola malikdir. Fond valyuta bazarına müyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsləni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli intizamlı həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və eyni zamanda, həmin optimal səviyyəni qarşılamalıdır".
Nazir gəlirlərlə bağlı risk faktorlarını sadalayıb: "Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımız ola bilər. Söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyiciləri SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox xam nefti, neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibari ilə daxili bazarda məhsullarını satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindəın müvafiq qaydada yığılacaq. Digər risk neftin qiymətinin azaldığı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər. Biz də bunu əhəmiyyətli risk kimi qiymətləndirmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB