"Tərəfaşlarımızın valyutalarının ucuzlaşması manata təzyiqləri artırır"

"Tərəfaşlarımızın valyutalarının ucuzlaşması manata təzyiqləri artırır"

"Dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müəyyən sabitləşmə və hətta artma proseslərinin ölkəmizə müsbət iqtisadi təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması, digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır”. SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.

Maliyyə naziri qeyd edib ki, yuxarıda sadalanan makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına siraət etməsinin qarşısının alınması zənnimizcə 2019-cu ildə həyata keçiriləcək manitar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır: “Bununla əlaqədar büdcənin sabitliyi və orta müddətli dayanıqlığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilən büdcə qaydasına uyğun olaraq hazırlanacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə