“Azərbaycanın dünyada ilk dəfə olaraq qeyri-rezidentə mobil rezidentlik təqdim etməsi tarixi hadisədir. Estoniyadan sonra Azərbaycan ikinci dəfə elektron rezidentliyi təqdim etdi”. SİA-nın xəbərlərinə görə, bunu Azərbaycan Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mobil və elektron rezidentlik proqramı Prezident İlham Əliyevin 2017-ci il 12 sentyabr Fərmanı əsasında “Azərbaycan respublikasının səfirlikləri və diplomatik nümayəndəlikləri vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydasına” əsasən həyata keçirilib.
N.Əsədli qeyd edib ki, proqramın ümumi ideyası ondan ibarətdir ki, elektron və mobil rezidentlər Azərbaycana gəlmədən ölkəmizin rəqəmsal vətəndaşlığını əldə edirlər: “Azərbaycana təqdim olunan bütün elektron xidmətlər Azərbaycana gəlmədən heç bir miqrasiyadan keçmədən bu vətəndaşlığı əldə edəcəklər. Bununla yanaşı onlar Azərbaycanda yeni şirkət qeydiyyatı apara bilir, müxtəlif ödənişlər həyata keçirə bilirlər ki, bura elektron sənəd dövriyyəsi, həmin sənədlərin təqdim olunması, elektron imzalanması, bununla yanaşı bütün vergilərin onlayn ödənişini və digər xidmətlər daxildir”.
Proqramın ölkəmiz üçün mühüm önəm kəsb etdiyini deyən menecer söyləyib ki, bununla Azərbaycan bu sahədə də dünyaya öz adını yazdırdı və ölkəmiz innovativ ruhu ilə dünyadakı izini mobil rezidentliyin təqdim edilməsi ilə bir daha sübut etmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB