Azərbaycan Ukraynaya 8 milyon tona qədər neft tədarük etməyi təklif edir
Azərbaycan Ukraynaya 8 milyon tona qədər neft tədarük etməyi təklif edir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ukraynanın yanacaq və energetika naziri Yuriy Bayko açıqlamasında deyib. "Odessa-Brodı neft boru kəməri vasitəsilə ötürülən neftin miqdarı il ərzində 10 milyon tondan az olamayacaq. Hazırda onun yüklənməsi üçün bizim bir neçə variantlarımız var. Rusiya neftinin ötürülməsi ilə əlaqdəar mövcud olan variantla birgə Belarus tərəfindən ildə 5 milyon ton Venesuella neftinin, Azərbaycandan isə ildə 8 milyon ton neftin Ukraynaya ötürülməsi təklifləri də mövcuddur. Əgər bu təkliflər müqavilələr əsasında möhkəmlənərsə, bu Odessa-Brodi neft boru kəmərinin işinə iqtisadi zəmin yaradacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, Ukrayna və Azərbaycan hökumətlərinin səlahiyətliləri layihənin ilkin variantları ilə tanış olublar.
Qeyd edək ki, Ukrayna və Azərbaycan hökumətlərinin səlahiyətliləri layihənin ilkin variantları ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB