SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları azalıb. SİA xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında deyilir. Bildirilir ki, 2015-ci ildə şirkətin təsdiq edilmiş neft ehtiyatları 74 milyon 336 min ton, 2016-cı ildə 71 milyon 503 min ton olub. 2017-ci ildə isə bu göstərici 66 milyon 838 min tona geriləyib.
Qeyd edək ki, 2017-ci ildə SOCAR-ın tərkibində 3 istehsalat birliyi (İB), 4 zavod, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 25 qurum fəaliyyət göstərib. Eyni zamanda, şirkət Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən yataqlarda Hasilatın Pay Bölgüsü sazişləri üzrə tərəfdaşdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB