Rusiya rublu ucuzlaşmağa davam edir

Rusiyanın milli valyutası - rublun məzənnəsi dollar və avroya nisbətdə ucuzlaşmağa davam edir. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Moskva birjasında dolların məzənnəsi 84 qəpik qalxaraq 68,87 rubl, avronun məzənnəsi isə 67 qəpik artaraq 79,57 rubl təşkil edib.

Eyni zamanda ABŞ-ın milli valyutası Rusiyada ilin əvvəlində qeydə alınan ən yüksək göstəricini üstələyib.

Rublin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının fonunda öz dəyərini itirdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə