“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”ndan açıq müsabiqə ELANI

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”ndan açıq müsabiqə ELANI

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Takelaj anbarında metal rəflər və nərdivanların yığılması üçün mal-materialların açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir. SİA-nın xəbərinə görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 21 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 27 avqust 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 28 avqust 2018-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonları: (012) 498-91-84; (012) 599-00-03 (1401)

Bütün xəbərlər Facebook səhifəmizdə