Prezidentin Fransaya səfəri Azərbaycan iqtisadiyyatına nə vəd edir? EKSPERT RƏYİ

Prezidentin Fransaya səfəri Azərbaycan iqtisadiyyatına nə vəd edir? EKSPERT RƏYİ

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisdə səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində siyasi görüşlərlə yanaşı, Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Fransa Azərbaycan üçün əsas tərəfdaşlardan biridir.

Onun sözlərinə görə, Azərbaycanın ümumi iqtisadi dövriyyəsinin yarıdan çox Avropa Birliyinin payına düşdüyünü nəzərə alsaq, Fransanın bu dövriyyədə payı müxtəlif illərdə kifayət qədər böyük olub: “2011-ci ildə Fransanın iqtisadi dövriyyədə payı 4 milyard dollardan artıq, 2017-ci ildə isə Azərbaycan Fransaya yarım milyard dollara yaxın məhsul ixrac edib. Eyni zamanda Azərbaycanın cəlb etdiyi xarici birbaşa investisiyaların 7.6 faizi Fransanın payına düşür. Bu baxımdan Azərbaycan Prezidentinin Fransaya səfəri bir tərəfdən təcrübəli əməkdaşlığın genişləndirilməsi, digər tərəfdən Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələrin imzalanması idi”.

İqtisadçı ekspert söyləyib ki, cəlb edilən sərmayələrin strukturunda qeyri-neft sektoruna yönəldiləcək investisiyaların həcmi kifayət qədər çoxdur: “ Bu, ölkəmizdə qeyri-neft sektorunun inkişafına dəstəkləməklə yanaşı, bu sektorun istehsalı və ixracını genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir”.

V.Bayramov qeyd edib ki, praktiki olaraq səfər həm Azərbaycan-Fransa arasında iqtisadi dövriyyənin artırılması, eyni zamanda Fransadan daha çox xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir: “Səfər iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Fransadan birbaşa xarici investisiyaların cəlb edilməsi, texnologiya və innovasiyanın idxal edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Avropa Birliyinin investisiyalarının özəlliyi bu investisiyalar ölkəyə innovasiya və texnologiyanın cəlb etmək imkanına malik olmasından ibarətdir. Bu da nəticə etibarı iqtisadiyyatın xüsusən də emal edici sənayenin bir başa təkan verir. Bu kontekstdən Azərbaycan Prezidentinin Fransaya səfəri Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək və ölkəmizin qeyri neft sektorunun inkişafına daha innovativ sərmayələrin cəlb etməsinə şərait yaradacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə