"Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edilib". Bunu SİA-ya verdiyi açıqlamada Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
Şöbə müdiri bildirib ki, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir: "Bakı Nəqliyyat Agentliyi 3-4 iyul tarixlərində sərnişindaşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir. Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB