Neft gəlirlərindən asılılığı minimuma endirmək, qeyri neft sektorunun inkişafını təmin etmək, ölkənin qeyri-neft məhsulları ixracı potensialını artırmaq və bu sahədə potensialdan daha yüksək səviyyədə istifadə etmək məqsədi ilə aqrar sahəyə, kənd təsərrüfatına xüsusi diqqət yetirilir. Təbii ki, bu diqqət sayəsində kənd təsərrüfatı məhsulları istehsalının ildən-ilə artımı müşahidə olunur və məhz aqrar sahədən gələn gəlirlərdə də özünü biruzə verir.
Kənd təsərrüfatının inkişafında artım müşahidə olunur
Kənd təsərrüfatı məhsullarından gələn gəlirlər təsdiq edir ki, bu istiqamətdə görülən tədbirlər öz bəhrəsini verməkdədir və bundan sonra daha boyük göstəricilərə ümid etməyə dəyər. Beləki, 2018-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, bunun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Bu isə öz növbəsində ondan xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə kənd təsərrüfatının inkişafında 8,5 faiz, bitkiçilik üzrə 52 faiz, heyvandarlıq üzrə isə 2,5 faiz artım müşahidə olunur.
Kənd təsərrüfatı məhsullarının yığımı başlayıb və artıq iyun ayının 1-nə kimi tarlalardan keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox, yəni 71,7 min ton taxıl, keçən ilin müvafiq dövrünə nisbətən 66,6% çox, yəni 135,4 min ton kartof, analıji dövrlə müqaisədə 56,2% çox, yəni 217,0 min ton tərəvəz, 17,3% çox olmaqla 13,1 min ton meyvə və giləmeyvə, 13 % çox olmaqla 353,2 ton yaşıl çay yarpağı tədarük edilib. Heyvandarlıq sahəsində də artım qeydə alınıb və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 5 ayı ərzində diri çəkidə ət istehsalı 3,4 % artaraq 195,3 min ton həddində olub. Süd və yumurta istehsalı müvafiq olaraq 1,4% artaraq 829,1 min ton və 0,3% artaraq 741,8 milyon ədəd təşkil edib.
Kənd təsərrüfatı naziri sahibkarlıq subyektləri ilə sıx əlaqələrə üstünlük verir
Ərzaq məhsullarının hazırda idxalda əsas yer tutması, bir sözlə ərzaq məhsullarının idxaldan asılılığı azaldılmalıdır və yerli istehsal daxili tələbatı tam ödəməyə yaxın olmalıdır. Daha dəqiq desək məhsuldarlıq indikindən azı 2 dəfə yüksək olmalıdır ki, bütün bunlara nail olunsun. Xarici ekspertlər, ələlxüsus da Dünya Bankı (DB) Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldarlığın üç dəfə artırılması üçün imkanların mövcudluğunu israrla iddia edir. Xüsusən ət və süd məhsullarının istehsalında potensialın daha böyük olduğunu həmin qurumun səlahiyyətlisi iddia edərək bunun mümkünlüyünə inamını da gizlətmir. Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialı dəyərinin 1,1 milyard ABŞ dolları olduğu söylənilib və yalnız aqraq sektor üçün 1,1 milyard dollar ixrac imkanı heç də kiçik rəqəm deyil.
Ölkədə aqrar sektorun, heyvandarlığın, bitkiçiliyin inkişafı, daha böyük məhsuldarlıq əldə edilməsi üçün kənd təsərrüfatı nazirliyi təxirasalınmaz tədbirlər həyata keçirir. Ələlxüsus kənd təsərrüfatı naziri İnam Kərimov sahibkarlıq subyektləri ilə sıx əlaqələrə üstünlük verir, bölgələrə mütəmadi səfərlər edir, sahibkarlarla görüşlər təşkil edir və ortaya çıxa biləcək problemlərin vaxtında aradan qaldırılmasını məqsədəuyğun hesab edir. Cəmi bir neçə ay ərzində cənab nazirin bölgələrdə sahibkarlarla görüşü təsdiq edir ki, hazırda fermerlərlə yaxınlıq əvvəlki illərdəkindən əhəmiyyətli dərəcədə çoxdur. Hətta, kənd təsərrüfatı naziri özü də bunu xüsusilə qeyd edir ki, rayonlara səfər etməkdə məqsəd fermerlərlə daha yaxın olmaqdır.
Bölgələrə səfəri çərçivəsində nazir İnam Kərimov Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsinin Bitki mühafizə, Aqrokimya və Toxumçuluq laboratoriyalarına baxış keçirib, Naxçıvana səfər edib və muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlərlə tanış olub, fermer təsərrüfatları ilə maraqlanıb, Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qax, Şəki, Zaqatala, Oğuz və Balakəndən olan vətəndaşları qəbul edib, Ağdam atçılıq təsərrüfatında olub və ümumiyyətlə ölkəmizin bir sıra rayonlarında, kənd və qəsəbələrində fermerlərlə, sahibkarlarla görüşlər keçirib. Sadalanan görüşlər təsdiq edir ki, bu gün aqrar sektor, heyvandarlıq və bitgiçilik, ümumilikdə kənd təsərrüfatı, onun inkişafı nazir İnam Kərimovun diqqət mərkəzindıdir. İqtisadiyyatın bu sahəsinə, yəni kənd təsərrüfatına xüsusi qayğı müşahidə olunur. Əlbəttə ki, məqsəd ölkənin bu sahədə inkişafını təmin etmək, daha böyük nəticələr eldə etməkdir. Bu istiqamətdə Strateji Yol Xəritəsinə müvafiq olaraq tədbirlər davam etdirilir və cənab nazir tərəfindən diqqət mərkəzində saxlanılır. Bu gün kənd təsərrüfatı sahəsində çalışan hər bir fermer İnam Kərimovun qayğısını hiss edir və yardımına, dəstəyinə inanır. Çünki, bu vaxta qədər indiki qədər fermerlərlə yaxın təmas müşahidə olunmayıb və bu gün bu yaxınlıq sahibkarlıq subyektlərinin ümidlərini də doğrultmaqdadır.
Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nin 2016–2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsal və emal sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması vacibdir. Ancaq bir çox məqsədlərə çatmaq üçün müəyyən çətinliklər var və təəssüf ki, aqrar sektor üzrə ixracın 77 %-i hələ də Rusiya istiqamətində həyata keçirilir və cəmi bir bazara çıxış əlbəttə ki, rəqabət imkanlarının məhdudluğu deməkdir. Sözsüz ki, bu da qiymət amilinin çərçivədən kənara çıxa bilməməsi anlamına gəlir. Nəticənin isə ümumi işin ahənginə mənfi təsiri inkar edilə bilməz. Məhz bu baxımdan kənd təsərrüfatı nazirinin fermerlərlə görüşlərinin xüsusi əhəmiyyti danılmazdır və əgər məhsul istehsalının, eləcə də tədarükünün əhəmiyyətli dərəcədə artımına nail olunarsa həmin məhsulların dünya bazarına çıxışına, bir sözlə bütün dünya miqyasında geniş ixracına nail olmaq mümkündür. İstehlakçı tələblərinin fonunda məhsulların daha geniş spektrdə ixracı isə mənfəətin artımı deməkdir və bunun da ölkə iqtisadiyyatına yalnız müsbət təsirindən söhbət gedə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB