“SOCAR Turkey” ACCA-nın Türkiyədə ilk təsdiqlənmiş işəgötürəni seçilib
“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyədə ilk təsdiqlənmiş işəgötürəni olub. Bu barədə STEAŞ məlumat yayıb.
“SOCAR Turkey Enerji A.Ş.” mühasibatlıq və maliyyə sahəsində beynəlxalq standartlarda karyera hədəfləyən professionallara lisenziyalar təqdim edən ACCA-nın təcrübəçi inkişaf və peşəkar inkişaf (Trainee Development and Professional Development) sahələrində ilk təsdiqlənmiş işəgötürəni seçilib”, - deyə şirkət bildirir.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB