Bir neçə gün durğunluq müşahidə olunan neftin qiymətində yenə də artım müşahidə olunub. SİA-nın məlumatına görə, noyabrın 22-nə olan göstəriciyə görə, neftin qiyməti nə az nədə çox 84 dollara çatıb. Nyu-York əmtəə birjası NYMEX-də yanvar fyuçerslərinə görə WTI markalı neftin qiyməti bir barelə görə 0,65 dollar artaraq 82,63 dollar olub. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti isə 0,71 dollar artaraq 84,34 dollar təşkil edib. Qeyd edək ki, avropa ekspertəri bu gedişatın sonunda neftin qiymətinin 100 dollar olmasına heç şübhə qalmadığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB