Azərbaycanda yumurtanın qiyməti bahalaşıb. Məlumata görə, ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir.
Ancaq bu artım butun mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildirib.
Alıcılar isə yumurtanın qiymətindəki artımın olduca böyük olduğundan şikayətlənirlər. Satıcılar da alıcılardan geri qalmırlar. Onlar yumurtanın bahalaşmasını quş yeminin qiymətinin artması ilə bağlayırlar. Yemin qiyməti bahalaşdığı üçün istehsalcılar eyni həcmdə yumurtanın qiymətini qaldırmağa məcbur olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB