Karbamid zavodu bu ilin IV rübündə fəaliyyətə başlayacaq

Karbamid zavodu bu ilin IV rübündə fəaliyyətə başlayacaq

SOCAR-ın Sumqayıt şəhərində inşa etdiyi Karbamid zavodu bu ilin sonunda, IV rübdə fəaliyyətə başlayacaq.
SİA-nın məlumatına görə, bunu Karbamid zavodunun direktoru Xəyal Cəfərov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə çıxışında bildirib.

Onun sözlərinə görə, artıq mühəndislik və satınalma işləri tamamlanıb: "Zavodda ümumilikdə tikinti işlərinin 98 faizi yekunlaşıb. Gələn ay bütün təlim-təslim işləri tamamlanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə