Azərbaycanda “Elektron Büdcə” sistemi yaradıla bilər. SİA-nın məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Mirkişili dövlət büdcəsinin gəlir və xərc hissəsində şəffaflığın artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda “Elektron Büdcə” sistemini yaradılmasını təklif edib.
Deputat bildirib ki, gəlir və xərclərin bütün marşrutuna nəzarət edə biləcək bir innovativ sisemin yaradılması gələcəkdə büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə və nəzarət inzibatçılığının daha effektiv həyata keçirilməsinə imkan yaradacaq: “Elektron Büdcə” – dövlət orqanlarının, büdcədənkənar fondların idarəedilməsini həyata keçirən orqanların, yerli idarəetmə orqanlarının və bələdiyyələrin fəaliyyətində şəffavlığı və hesabatlılığı təmin edən sistemdir. Həmçinin, vahid informasiya məkanının yaradılması və dövlət və bələdiyyə idaerəetməsində İKT-dən geniş istifadə hesabına maliyyə idarəetməsini keyfiyyətinin artırılmasına nail ola bilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB