"Google" əməkdaşları 1000 dollar məbləğində bayram mükafatı alacaqlar. SİA-nın xəbər.az saytına istinadən verdiyi məlumata görə, bu mükafatdan tutulacaq vergini də şirkət öz öhdəsinə götürəcək. İllik bonusların bir hissəsi də əmək haqqına əlavə olunub.
"Google"nin icraçı direktoru Erik Şmidt bu artım barədə elektron poçt vasitəsilə 23 min əməkdaşa xəbər verdiyini açıqlayıb. Onu da qeyd edək ki, son zamanlar "Google" şirkəti yüksək perspektivli kadrların itkisi ilə üzləşib. Şirkətin 118 əməkdaşı "Facebook" sosial şəbəkəsinin işçilərinə çevrilmişdilər. Çox güman ki, bu kimi kadr itkisinin qarşını almaq məqsədilə "Google" öz əməkdaşlarına əlavə maddi vəsaitlər təklif edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB