İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi" layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin oktyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Aparılmış statistik müşahidələrin nəticəsi göstərir ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,21 faiz artıb. Bu zaman Bakıda qiymətlər 1,17 faiz, regionlarda isə 1,25 faiz artıb. Bu ilin on ayında ölkədə 6,23 faiz inflyasiya baş verib. Ötən ilin oktyabrına nisbətən ölkədə istehlak qiymətləri indeksi 7,59 faiz artıb. Bu dövrdə qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri aşağıdakı kimi dəyişib: İSTEHLAK QİYMƏTLƏRİNİN İNDEKSİ (% -lə) Oktyabr Sentyabr 2010 Oktyabr 2010 / Dekabr 2009 Yanvar-oktyabr 2009/ yanvar-oktyabr 2010 Cəmi ərzaq malları və xidmətlər (İnflasiya) + 1,21 +6,23 + 6,02 Ərzaq malları, içkilər və tütün +2,10 +10,90 + 8,17 Qeyri-ərzaq malları +0, 20 + 0,78 - 0,21 Xidmətlər +0,13 +1,20 + 8,22 2010-cu ilin sentyabrına nisbətdə oktyabr ayında paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub: Cəmi mallar və xidmətlər üzrə Ərzaq Qeyri-ərzaq Xidmətlər Bakı şəhəri +1,17 +2,11 + 0,08 +0,04 Regionlar +1,25 +2,09 +0,31 +0,22 Oktyabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə baş soğan (34,66 faiz), yer xiyarı (21, 40 faiz), qarabaşaq yarması(16,50 faiz), toyuq yumurtası (12,57 faiz), kütüm, sazan, xəşəm (3,32 faiz), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından xurma (22, 08 faiz), alma (13,89 faiz), lumu (7,33 faiz), göyərti (7,16 faiz), diş yumaq üçün pastada (1,97 faiz) qeydə alınıb. Qeyd edək ki, Dövlət Statistika Komitəsi oktyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin 0,9 faiz artdığını elan edib. İTM ekspertləri həmçinin Azərbaycanın 22 regionunda 2010-cu ilin oktyabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 145,4 manat, pensiyaçılar üçün 135,22 manat, 0-14 yaşlı uşaqlar üçünsə 185,83 manat təşkil edib. Oktyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 87,87 manat, pensiyaçılar 83,07 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 106,7 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,43 manat, pensiyaçılar üçün 29,89 manat, 0-14 yaşlı uşaqlar üçün 61,66 manat, xidmət xərcləri isə müvafiq olaraq 22,26 manat, 22,83 manat və 17,47 manat təşkil edib. Xatırladaq ki, "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB