Azerfon MMC-nin yeni Baş Direktoru təyin edilib

Azerfon MMC-nin yeni Baş Direktoru təyin edilib

Azerfon MMC-nin yeni direktoru Yurgen Pitz uzun illər telekommunikasiya sahəsində çalışmış təcrübəli mütəxəssisdir. O, Avstriyanın 3-cü mobil operatoru olan "Orange"ın rəhbəri və Almaniyanın "Nokia Networks" şirkətinin vitse prezidenti vəzifələrində çalışıb.

SİA-nın məlumatına görə, Pitz bir neçə Avropa və Afrika ölkələrinin mobil rabitə sektorunda rəhbər vəzifələrdə zəngin iş təcrübəsinə malikdir. Pitz 10 ildən artıqdır ki, telekommunikasiya bazarında çalışmış, İndiyədək Almaniyanın "Nokia" və Avstriyanın "Orange" şirkətlərinin rəhbərliyində olmuş, və Comium Mobile şirkətlər qrupunun Baş Direktoru vəzifəsində çalışıb.

Azerfon şirkətinin yeni rəhbəri şirkətin inkişafında, müştərilərin tələblərinə uyğun olan məhsulların bazara çıxarılmasında və yüksək keyfiyyətli xidmətlər göstərilməsində mühüm rol oynayacaqdır. Azerfon MMC-nin yeni Baş Direktoru Pitz yeni təyinatı haqda bunları söyləyib: "Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Ölkədə İKT sferası iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sahədir. Belə inkişaf templərini nümayiş etdirən Azerfon MMC-nin də sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı vardır. Azerfon şirkətinin rəhbəri vəzifəsində çalışmağımdan çox məmnunam və mövcud bazarda ən yüksək keyfiyyətli və yeni məhsulları təqdim edərək şirkətin daha da inkişaf etməsi üçün əlimdən gələni əsirgəmiyəcəyəm. Bütün ölkə əhalisi üçün faydalı mobil xidmət və məhsullar təqdim etməklə biz abunəçilərin istək və tələblərinə uyğun strategiya ilə fəaliyyət göstərəcəyik".

Azerfon MMC-nin idarə heyətinin sədri Cüneyt Türktan Azerfon şirkətinin öz inkişaf yolunda quruculuq mərhələsinin müvəfəqqiyyətlə başa vurduğunu və hazırda təkmilləşdirilmiş şəbəkəyə malik olaraq müştəri bazasının artırılmasına çalışacağını qeyd edib: "Keyfiyyətli 2G və 3G şəbəkəsinin yaradılması üçün şirkət böyük sərmaye yatırımaları edib. 2011–ci il üçün qarşımıza qoyduğumuz məqsədlər üzərində daha da aqressiv çalışaraq biz abunəçilərimizə keyfiyyətli şəbəkə ilə yanaşı Azərbaycanda məlumat ötürülməsi xidmətlərini ən yüksək səviyyədə təqdim edəcəyik. Pitz kimi telekommunikasiya sahəsi peşakarının Azerfon komandasında olması şirkətin Azərbaycan mobil rabitə bazarında lider mövqeyini tutmasında yardım edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə