Bəzi ərzaq məhsullarının qiymətləri ucuzlaşıb

Bəzi ərzaq məhsullarının qiymətləri ucuzlaşıb

2018-ci ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətən bəzi ərzaq məhsullarının qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu dövr ərzində yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma müşahidə edilib.

Uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətləri isə təqribən 5,8 faiz bahalaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə