Ümumi çəkisi 532 kq olan yararsız ərzaq malları satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarındakı yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı
Bakının Biləcəri qəsəbəsində
- R.İsmayılov küçəsi, ev 6C ünvanında yerləşən "Sənan market"də,
- N.Həşimi küçəsindəki "Samir market"də və Zöhrab Həsənova məxsus mağazada,
- Q.Süleymanov küçəsində yerləşən "Sara market"də, Nəcibə Mahmudovaya və Gilas Məmmədovaya məxsus mağazalarda,
Yasamal rayonunda
- Z.Əhmədbəyov küçəsi, 30 ünvanında yerləşən "Banu market"də,
- N.Nərimanov prospekti, ev 70 ünvanındakı"Çempion market"də,
- Ə.Ələkbərov küçəsi,13 B ünvanında yerləşən "Toto market"də,
- Şərifzadə prospekti, 190 ünvanında Rövşən Rəhimova məxsus mağazada,
- Şərifzadə küçəsi, ev 80 ünvanındakı "Dost market"də,
- N.Hikmət küçəsi, 24 ünvanında yerləşən "Real market"də,
Xətai rayonunda
- M.Hadi küçəsi ilə X.Məmmədov küçəsinin kəsişməsində yerləşən "Yeni market"də və Zahid İsgəndərova məxsus mağazada,
- M.Hadi küçəsi, ev 70, giriş 1 ünvanındakı "Lyuks market"də,
- A.Cəlilov küçəsində yerləşən "400 market", "Sizin market"də və Oqtay Mehtiyevə məxsus mağazada,
- Y.Şərifov küçəsi, 10/3 ünvanında yerləşən "Dübəndi market"də, Quba rayonunda
- Paşa-oba kəndində Maxsud Cəbrayılova məxsus mağazada ümumi çəkisi 532 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı, süd və süd məhsulları, kolbasa, konservləşdirilmiş məhsullar, yağlar, un məmulatları, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB