SİNAM şirkəti Əfqanistanda keçirilən beynəlxalq tenderdə iştirak edir

SİNAM şirkəti Əfqanistanda keçirilən beynəlxalq tenderdə iştirak edir

Azərbaycanın SİNAM şirkəti Əfqanistanın pensiya sisteminin informasiyalaşdırılması üzrə beynəlxalq tenderdə iştirak edir. Tender Əfqanistanın Əmək və Sosial Əlaqələr Nazirliyi tərəfindən ölkənin pensiya sisteminin informasiyalaşdırılması məqsədilə keçirilir. SİA-nın məlumatına görə, SİNAM şirkətilə yanaşı sözügedən tenderdə Abacusconsulting (Pakistan), Business Analytics (BƏƏ), Grail Consulting Services (Hindistan), AIMS (Əfqanistan) şirktləri iştirak edirlər.

Qeyd etmək lazımdır ki, SİNAM şirkəti dövlət sektoru üçün nəzərdə tutulmuş informasiya sistemlərinin tətbiqi sahəsində geniş təcrübəyə malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda işləyən informasiya sistemi məhz SİNAM şirkəti tərəfindən hazırlanıb tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə