Kolbasa istehsal edən müəssisəyə 8 min manat sanksiya tətbiq olunub

Kolbasa istehsal edən müəssisəyə 8 min manat sanksiya tətbiq olunub
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatlarının istehsalı ilə məşğul olan "AY-MİN" MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dövlət xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, "AY-MİN" MMC-yə 8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, ticarət şəbəkəsindən geri yığılmış 132 kq saxta kolbasa məmulatının məhv edilməsi barədə "AY-MİN" MMC-yə icrası məcburi göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə