Dünya İqtisadi Forumu mötəbər bir tribunadır AÇIQLAMA

Dünya İqtisadi Forumu mötəbər bir tribunadır AÇIQLAMA

“Davosda keçirilən Dünya İqtisadi forumu olduqca mötəbər və tanınmış iqtisadi forumdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, hər il keçirilən bu forum ölkələrin iqtisadi vəziyyəti ilə bağlı genişmiqyaslı müzakirələr edilməklə yanaşı, müxtəlif ölkələr arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin qurulması üçün əlverişlidir: “Azərbaycanın da bu forumda olduqca əhəmiyyət kəsb etməsi dünyanın aparıcı ölkələrinin və şirkətlərinin ölkəmizə olan marağının göstəricisidi. Həmin ölkələr bizimlə əməkdaşlığa olduqca önəm verirlər. Azərbaycan bu iqtisadi forumun nəticələrinə görə, ən öndə gedən ölkələrdən biridir. Ölkə başçısı İlham Əliyevin orada iştirakı böyük və dərin məna kəsb edir və Azərbaycanda əldə olunan bu nailiyyətləri paylaşmaq, inkişaf etmiş müxtəlif ölkələrlə əməkdaşlıq qurmaq baxımından faydalıdır. Əslində bu forum hər bir ölkənin öz iqtisadiyyatının inkişafının və iqtisadi sahədə əldə etdiyi nailliyətləri və təcrübəni paylaşmaq baxımından mötəbər bir tirbunadır”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə