Milli kriptovalyutanın emissiyasına başlanılıb

Milli kriptovalyutanın emissiyasına başlanılıb

Venesuela Prezidenti Nikolas Maduro ilk milli kriptovalyuta - petronun emissiyasına başlandığını elan edib.

Prezident açıqlama verib ki, "Venesuelanın zənginlikləri ilə təmin edilmiş 100 mln. petronun emissiyasına əmr vermişəm. Hər bir petro bir barel Venesuela nefti dəyərində olacaq. Petronun yaranması barədə akt isə yanvar ayının 14-də təqdim ediləcək",

Ümumiyyətlə, "petro" sözü ispan dilində "petroleo" sözündən yaranıb, tərcümədə "neft" deməkdir. Venesuela prezidenti ilk dəfə milli kriptovalyutanın yaradılması barədə açıqlamanı ötən ilin dekabr ayında verib. N.Maduronun sözlərinə görə, petro ölkənin maliyyə blokadasından yayınmağa kömək edəcək.

Qeyd edək ki, Venesuela prezidenti milli kriptovalyutanın təmin edilməsi üçün 5 mlrd. barel neft ayırıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə