Dollarla bağlı mühüm xəbər gözlənilir

Dollarla bağlı mühüm xəbər gözlənilir

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da açıqlanacaq əmək bazarı ilə bağlı önəmli statistik göstəricilər öncəsi son iki ayın minimum səviyyələrində ticarət edilməkdədir. Yayımlanacaq məlumatların maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.

Belə ki, EUR/USD məzənnəsi 1.2089$ və GBP/USD məzənnəsi 1.3568$-a kimi bahalaşıb, USD/TRY məzənnəsi isə 3.74TL-ə kimi ucuzlaşıb.

Avro 1.20$-ın üzərində qaldıqca, 1.2123$, funt sterlinqin qiyməti isə 1.3570$-a kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, 1.3835$-a kimi bahalaşa bilər. Dollar/Lirə məzənnəsi də 3.76TL-nin altında qaldıqca, eniş dalğasının 3.72TL-ə kimi davam edəcəyi proqnozlaşdırılır.

Qızıl 1357 və 1380$-a kimi bahalaşa bilər.

Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşmaqda davam edir. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1302$-ın üzərində qaldıqca, 1357 və 1380$-a kimi də dəyər qazana bilər.

Proqnoz

Əvvəlki

17:30

USD

Kənd təsərrüfatı xaric məşğulluq (Dekabr)

190K

228K

17:30

USD

İşsizlik Nisbəti (Dekab)

4,1%

4,1%

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə